Image default

“Yaşıl dünyanın səssiz mələkləri” adlı layihə başa çatdı

Sağlam Həyatın Təbliği İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə 01.09.2024-cü il tarixdən “Yaşıl dünyanın səssiz mələkləri” adlı layihənin icrasına başlamışdır.

Layihənin məqsədi İnklüziv formatda nitq və eşitmə məhdudiyyəti olan və olmayan yeniyetmə və gənclər arasında ümumi ekoloji maarifləndirmə işinin təşkili istiqamətində təlimlər təşkil etmək, həmin gənclərin iştirakı ilə ağacəkmə aksiyası keçirmək, iştirakçılar arasında rəsm müsabiqəsi təşkil etmək, onlara COP-29 haqqında ətraflı məlumat vermək və bu həssas qrupun cəmiyyətə inteqrasiyasına yardımçı olmaqdır.

Layihənin icra planına uyğun olaraq 01 noyabr 2024-cü il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı dövlət Peşə Təhsili Mərkəzinin Buzovna və Zabrat korpuslarında tələbələrlə, 05 noyabr 2024-cü il tarixində isə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində şagirdərlə görüşlər təşkil edilmiş və yuxarıda adı çəkilən tədris müəssisələrinin həyətyani sahələrində ağacəkmə aksiyası keçirilmişdir. Bundan əlavə icra planına uyğun olaraq 11 dekabr 2024-cü ildə Sumqayıt şəhəri M.Əsədov adına İnteqrasiya təlimli internat məktəbində şagirdərlə görüş təşkil edilmiş və məktəbin həyətyani sahəsində ağacəkmə aksiyası keçirilmişdir.

Layihənin yekun tədbiri isə 13 dekabr 2024-cü il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı dövlət Peşə Təhsili Mərkəzinin Buzovnada yerləşən əsas korpusunda əlilliyi olan tələbə və şagirdlərin iştirakı ilə Yaşıl dünya naminə müvzusunda rəsm müsabiqəsi təşkil olundu. Müsabiqənin sonunda iştirakçılara həvəsləndirici sertifikatlar və hədiyyələr təqdim olundu.

Layihə 20 dekabr 2024-cü il tarixdə başa çatdı.

Related posts

İşğaldan azad edilmiş ərazilərdə minlərlə torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib

Əli Fərzəliyev

Azərbaycanda aqrar şirkətin – RƏHBƏRİ DƏYİŞİB

Səma Fərzəli

Bu qoyun cinsinin qiyməti 350-1500 manat arası dəyişir – FOTO

Səma Fərzəli