Image default

AQTİ və “BelVitunifarm” ASC arasında müqavilə imzalanıb

AQTİ və “BelVitunifarm” ASC arasında ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalanıb.

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının “BelVitunifarm” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Ə.Nəbiyev və “BelVitunifarm” ASC-nin Baş direktoru İ.Darovskix ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar. “Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb.
Daha sonra ölkəmizdə səfərdə olan nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib.

Related posts

Hökumət 2025-ci ildə dövlət fondundan üç milyon tona qədər taxıl satacaq

Səma Fərzəli

Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib

Səma Fərzəli

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Səma Fərzəli