Image default

Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməli vacib qaydalar

Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır:

– Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı;
– Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli;
– Əldə yara olarsa, yemək hazırlamazdan əvvəl sarğı ilə bağlanmalı;
– Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli;
– Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı;
– Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli;
– Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı;
– İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli;
– Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı;
– Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli;
– Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli;
– Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı;
– Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.

Related posts

10 Tips on Having Balanced Vegan Diet

azfood.az

Azərbaycanın ən böyük zəfəran istehsalçısı əkin sahələrini genişləndirəcək

Əli Fərzəliyev

Qida subyektlərinin səyyar qeydiyyatına start verilib

Əli Fərzəliyev