Image default

Azərbaycanın ən böyük zəfəran istehsalçısı əkin sahələrini genişləndirəcək

“Absheron Saffron Ltd” MMC bu il əkin sahələrini genişləndirmək niyyətindədir.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi Xəlil Cəfərov deyib. Onun sözlərinə görə, hazırda 9-10 hektar ərazidə zəfəran əkini aparılır. Şirkət bu il əkin sahəsini 5 hektar artıraraq ümumi sahəsini 15 hektara çatdırmaq əzmindədir. X.Cəfərov əkin işlərinin avqustun sonu, sentyabrın əvvəlində həyata keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, şirkət Zirə qəsəbəsində zəfəran əkir və hər ilin noyabr ayında yığım həyata keçirir.

Azfood.az

Related posts

AQTİ Bakı və bir sıra rayonlar üzrə baytar həkim vakansiyası elan edir

Əli Fərzəliyev

Sutkanın hansı saatında şokolad yemək olar?

Səma Fərzəli

17 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Səma Fərzəli