Image default

Brusellyoz xəstəliyinə qarşı seroloji monitorinqlər keçiriləcək

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə brusellyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi məqsədilə seroloji monitorinqlər keçiriləcək.

Cari ilin 19-29 fevral tarixlərində keçiriləcək monitorinqlər zamanı respublikanın 47 rayonunun (şəhərinin) 146 yaşayış məntəqəsində fəaliyyət göstərən 50 başdan yuxarı südlük istiqamətli iribuynuzlu heyvanların saxladığı 211 fərdi və fermer təsərrüfatlarında 1 yaşdan yuxarı ümumilikdə 2750 baş dişi heyvandan diaqnostik qan nümunələri götürüləcək. Nümunələr brusellyoz xəstəliyi üzrə epizootoloji şəraitin öyrənilməsi, həmçinin dabaq və nodulyar dermatitə görə peyvənd olunduqdan sonra immun fonun təyin olunması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunacaq.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.

Qeyd edək ki, brusellyoz xəstəliyi heyvanlar arasında geniş yayıldıqda ölkə əhalisinin sağlamlığına ciddi risk yaradır və heyvandarlıq təsərrüfatlarında iqtisadi itkilərə səbəb ola bilir. Digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların brusellyoza yoluxmasının yeganə mənbəyi xəstə heyvanlardır və əksər hallarda yoluxma süd və süd məhsulları vasitəsilə baş verir.

Related posts

Son günlər müşahidə olunan isti havaların kənd təsərrüfatına ziyanı – AÇIQLANIB

Səma Fərzəli

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək – ÜNVANLAR

Əli Fərzəliyev

İşğaldan azad edilmiş ərazilərdə minlərlə torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib

Əli Fərzəliyev