Image default

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Hacıqabulda vətəndaşları qəbul edəcək

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azfood.az Kənd təsərrüfatı nazirliyindən aldığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev fevralın 19-da, saat 10:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

Ağcabədi rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib

Əli Fərzəliyev

17 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Səma Fərzəli

Sahibkarların Rəqabət Məcəlləsi haqqinda maarifləndirilməsi məqsədilə Lənkəranda tədbir keçirilib

Səma Fərzəli