Image default

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Kürdəmirdə vətəndaşları qəbul edəcək

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov fevralın 15-də, saat 10:00-da Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-760-83-34) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Səma Fərzəli

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Səma Fərzəli

Biləsuvarda günəbaxan sahələri kəskin azalıb

Səma Fərzəli