Image default

AQTİ-də “Təlimçilər üçün təlim” proqramına start verilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Təlimçilər üçün təlim” proqramı başlayıb.

Proqram çərçivəsində keçirilən təlimlərdə İnstitutun sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçən mütəxəssisləri iştirak edirlər.

5 həftə davam edəcək təlimlər AQTİ-nin “Təlimçi Bazası”na üzv olan mütəxəssislərin bilik, bacarıq və peşəkarlıqlarının daha da artırılması, onların sahibkarlıq subyektlərinin əməkdaşlarına yüksək səviyyədə təlim keçməsinin təmin olunması məqsədilə reallaşdırılır.

Təlimlərdə iştirakçılara hədəf auditoriyanın tədris ehtiyaclarını müəyyənləşdirmək, həmin ehtiyacları ödəyəcək təlimi planlaşdırmaq, hazırlamaq, həyata keçirmək, nəzarət etmək, qiymətləndirmək və s. barədə məlumat verilir.

İnteraktiv formada keçirilən təlimlərdə mövzular ətrafında müzakirələr aparılır və iştirakçıların sualları cavablandırılır.

Qeyd edək ki, “Təlimçilər üçün təlim” proqramı bu sahədə müstəqil fəaliyyət göstərən mütəxəssis və ekspertlər tərəfindən keçirilir.

(AQTA)

Related posts

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Səma Fərzəli

Lavaş emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunu

Səma Fərzəli

Qida subyektlərinin səyyar qeydiyyatına start verilib

Əli Fərzəliyev