Image default

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Sabirabadda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azfood.az bildirir ki, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov fevralın 14-də, saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-582-44-33) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

Assosiasiyanın sədri: “Taxıl toxumuna tələbatın 70%-ini yerli istehsal ödəyir”

Səma Fərzəli

Naxçıvanda 1700-dən çox fermerə yazlıq əkin üçün – SUBSİDİYA VERİLİB

Səma Fərzəli

Ötən il rekord məbləğdə – AQRAR SIĞORTA ÖDƏNİŞİ EDİLİB

Səma Fərzəli