Image default

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.

Görüşdə Azərbaycan ilə Pakistan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, pambıqçılıq, çəltikçilik, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı məhsullarının Pakistana ixracı, bunun üçün müxtəlif dəstək mexanizmləri əsas müzakirə mövzusu olub.

Nazir Məcnun Məmmədov ölkəmizdə hər il təşkil olunan “Caspian Agro” sərgisinin əhəmiyyətinə toxunub, Pakistanlı iş adamlarını bu sərgidə fəal iştiraka, həmçinin etibarlı və əlverişli biznes mühitini nəzərə alaraq Azərbaycanın kənd təsərrüfatı sektoruna sərmayə qoymaq imkanlarını araşdırmağa çağırıb.

Görüş zamanı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində Azərbaycan-Pakistan İşçi  Qrupunun fəaliyyəti müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Related posts

Ötən il rekord məbləğdə – AQRAR SIĞORTA ÖDƏNİŞİ EDİLİB

Səma Fərzəli

Füzuli və İmişlidə meliorativ tədbirlər görülür – FOTOLAR

Əli Fərzəliyev

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Səma Fərzəli