Image default

Qara dənizdəki Ukrayna dəhlizi ilə artıq 20 milyon ton mal ixrac edilib

Böyük Odessa limanlarından Ukrayna dəhlizinin işlədiyi yarım il ərzində 661 gəmi dünyanın 32 ölkəsinə 20 milyon tondan çox yük ixrac edib.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, fevralın 3-də baş nazirin Ukraynanın yenidən qurulması üzrə müavini Aleksandr Kubrakov məlumatları açıqlayıb.

“Ümumi həcmin 14,3 milyon tonu Ukrayna fermerlərinin məhsullarıdır. Ukrayna dünyanın ərzaq təhlükəsizliyini təmin etməyə davam edir”, – deyə o vurğulayıb.

O.Kübrakov həmçinin qeyd edib ki, Böyük Odessa limanları yüklərin daşınmasını artırır. Beləliklə, yanvarda 6,3 milyon ton ixrac edilib ki, bu da müharibədən əvvəlki səviyyəyə demək olar ki, bərabərdir.

“Hazırda limanlar daha 104 gəminin yaxınlaşmasını gözləyir və bu gəmilər 3 milyon tondan çox yükü çıxarmalı olacaq”, – baş nazirin müavini əlavə edib

Related posts

Azərbaycanda aqrar şirkətin – RƏHBƏRİ DƏYİŞİB

Səma Fərzəli

Azərbaycanda aqrar sənaye məhsullarının ixracı 10,4 faiz artıb

Əli Fərzəliyev

“Ukrayna qarğıdalısının qiyməti xarici idxalçılarla bağlıdır”

Səma Fərzəli