Image default

Azərbaycanda sığortalanmış əkin sahəsi – 43% ARTIB

2023-cü ildə Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci illə 43 % çoxdur.

Azfood.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il bitkiçilik sahəsindən toplanmış sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və yaxud 48 % üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.

2023-cü ildə ölkədə ən çox sığortalanmış əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı əkinləri olub. Ümumilikdə isə əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47 minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır.

2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6 500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7 800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.

Aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.

Related posts

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Səma Fərzəli

Naxçıvanda “Aqro festival” keçirilir.

Səma Fərzəli

Əkin sahələrinin sığortası başlandı – AQRAR SIĞORTADAN FERMERLƏRƏ ÇAĞIRIŞ

Səma Fərzəli