Image default

Salyanda kollektorlar lildən təmizlənib

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi 1994–cü ildən fəaliyyət göstərir. İdarənin  yaranmasında  əsas məqsəd  Mil-Qarabağ və Muğan-Salyan düzlərinin suvarılan  torpaqlarından sızan  qrunt, sel və məişət sularnın Baş Mil-Muğan Kollektoru vasitəsilə maneəsiz, heç bir enerji sərf etmədən öz axını ilə Xəzər dənizinə axıtmaqdır. Bu məqsədlə hazırda kollektorlarda lildən təmizləmə işləri həyata keçirilir. İlin əvvəlindən bu vaxta qədər Salyan və Neftçala rayonları ərazisində kollektor drenaj şəbəkəsi ümumi olaraq 130 km məsafədə lildən təmizlənib. Həmçinin  hidrotexniki qurğuların da cari təmiri yerinə yetirilib.

Bu barədə Azfood.az-a Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

İdarə tərəfindən fermerlərin əkin sahələrinin yaxınlığından keçən kollektorlarda daim lildən təmizləmə işləri həyata keçirilir ki, bunun da nəticəsi olaraq həmin torpaqlar münbitləşir və yenidən əkin üçün yararlı hala gətirilir. Əvvəllər şoranlaşmaya məruz qalan torpaqlarda indi müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir.

Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi bir-neçə istiqamətdə kollektorların lildən təmizlənməsini davam etdirir. Bu işlər hazırda cənub kollektor sistemlərində aparılır. Bundan başqa magistral kollektor üzərində 3 nasos stansiya istismar olunur. Bu nasos stansiyalarda 8 aqreqat vardır ki, hazırda onlar da saz vəziyyətdə saxlanılır.

Qeyd edək ki, Baş Mil-Muğan Kollektorunun ümumi uzunluğu 140 km-ə yaxındır. Bundan 22 km-i Salyan, 18 km-ə yaxını Sabirabad, 37 km-i Neftçala, 63 km-i isə Saatlı rayonunun ərazisinə düşür.

 

Related posts

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Assosiasiyanın sədri: “Taxıl toxumuna tələbatın 70%-ini yerli istehsal ödəyir”

Səma Fərzəli

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Səma Fərzəli