Image default

İşğaldan azad edilmiş ərazilərdə minlərlə torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-21-ci təsərrüfat ilində 10 min ha, 2021-22-ci təsərrüfat ilində 50 min ha, 2022-23-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib.

“Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur. ANAMA-nın məlumatına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş vermiş, nəticədə 8 nəfər xəsarət almış, 7 nəfər isə həyatını itirmişdir. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxmışdır.

Eyni zamanda, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirmiş və münbitliyinə ciddi ziyan vurmuşdur. Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilmişdir ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4 200 hektar olan səngərlər və istehkamlar qurulmuş və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalmışdır. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır”, – deyə nazir əlavə edib.

Related posts

“Aqroservis” – SIĞORTAÇI SEÇİR

Səma Fərzəli

AQTİ-nin Şamaxı Regional Sınaq Laboratoriyasında müayinələr üçün torpaq və suvarma suyu nümunələri qəbul olunur

Səma Fərzəli

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Goranboyda vətəndaşları qəbul edib

Səma Fərzəli