Image default

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Tərtərdə vətəndaşları qəbul edəcək

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azfood.az xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev noyabrın 7-də, saat 10:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-59) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.(fins.az)

Related posts

Azərbaycanın ən böyük zəfəran istehsalçısı əkin sahələrini genişləndirəcək

Əli Fərzəliyev

2023-2024-cü əkin ili üzrə payızlıq əkinlərin – BƏYANINA BAŞLANILIB

Səma Fərzəli

Ağcabədi rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib

Əli Fərzəliyev