Image default

Füzuli və İmişlidə meliorativ tədbirlər görülür – FOTOLAR

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Bəhramtəpə Melioservis İdarəsi ölkənin əksər rayonlarında meliorativ tədbirlərini davam etdirir.

Azfood.az xəbər verir ki, idarə təsərrüfatlararası, təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, torpaq məcralı kanalların beton üzlüyə alınması və nov kanalların çəkilişi işlərini həyata keçirir. Bu işlərdən biri də Füzuli rayonu ərazisində aparılır. Su itkisinin qarşısının alınması, suyun maneəsiz olaraq fermerlərə çatdırılması üçün rayonun Əhmədalılar torpaq məcralı kanalın beton üzlüyə alınması işlərinə start verilib. Hazırda ərazidə torpaq işləri görülür.

Bəhramtəpə Melioservis İdarəsi İmişli rayonu ərazisində yerləşən əkin sahələrinin vaxtında, səmərəli və itkisiz suvarılması üçün nov kanalların quraşdırılması işlərini də həyata keçirir. Belə ki, nov kanalın keçdiyi ərazidə 450 hektar əkin sahəsinin suvarılması yaxşılaşacaq. Hazırda nov kanallar əraziyə daşınır və kanal boyu düzülür.

Qeyd edək ki, Bəhramtəpə Melioservis İdarəsi Füzuli və İmişli rayonları ilə paralel olaraq Neftçala rayonunda nov kanalın çəkilişini həyata keçirir. Plan üzrə işlərin oktyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.(fed.az)

Related posts

Nazir Məcnun Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək

Səma Fərzəli

Azərbaycanda aqrar şirkətin – RƏHBƏRİ DƏYİŞİB

Səma Fərzəli

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub

Əli Fərzəliyev