Image default

Kənd təsərrüfatının siyahıyaalınması üçün Siyahıyaalma qrupu yaradılacaq

Azərbaycanda kənd təsərrüfatının siyahıyaalınması üçün Siyahıyaalma qrupu yaradılacaq.

Azfood.az fins.az-ın xəbərinə görə, bu, Nazirlər Kabineti “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” qərar ında əksini tapıb.

Qərara əsasən, Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi, əldə olunan məlumatların işlənilməsi, nəticələrinin dərc edilərək yayılmasını təmin etmək məqsədilə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər, müəllim və tələbələr, uçot sahəsində səriştəsi olan digər şəxslər cəlb olunmaqla aşağıdakı tərkibdə Siyahıyaalma qrupunun yaradılmasına icazə verməlidir:

  • – Siyahıyaalma qrupunun rəhbəri – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – Siyahıyaalma qrupu rəhbərinin müavini – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – baş məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – aparıcı məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – məsləhətçi – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – məlumat bazasının administratoru – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – sistem administratoru – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – kompüter şəbəkəsi üzrə mütəxəssis – 2025-ci il iyulun 1-dən dekabrın 30-dək;
  • – təlimatçı-nəzarətçilər – orta hesabla 10 sayıcıya 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək);
  • – sayıcılar – orta hesabla 120 təsərrüfat üçün 1 nəfər olmaqla 2025-ci il iyulun 10-dan avqustun 18-dək (sınaq siyahıyaalınması üzrə 2024-cü il iyulun 10-dan avqustun 18-dək).

Bu Qərarda qeyd olunan şərtlərlə sayıcıların ümumi sayının 3,0 faizi hesabı ilə ehtiyat sayıcılar müəyyən edilməlidir.

Təlimatçı-nəzarətçilər və sayıcılar istisna ilə, cəlb olunacaq şəxslərlə münasibətlər əmək müqaviləsi, təlimatçı-nəzarətçilər və sayıcılarla isə xidmət müqaviləsi ilə rəsmiləşdirilməlidir.

Related posts

Aqrar Sığorta Fondunda mina təhlükəsinə dair təlim keçirilib – FOTOLAR

Səma Fərzəli

AQTA sədri Qubada vətəndaşlarla görüşəcək

Səma Fərzəli

Bu il 46 min ton pambıq lifi ixrac edilib

Səma Fərzəli