Image default

AQTİ Bakı və bir sıra rayonlar üzrə baytar həkim vakansiyası elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri, Xaçmaz, Şamaxı, Qobustan, Bərdə, Şəmkir, Gədəbəy və Zaqatala rayonları üzrə baytar həkim vəzifəsinə işçi qəbulu elan edir.

Kompüter biliklərinə sahib (ofis proqramları), ali təhsilli baytar həkimlər vakansiya ilə bağlı müraciət edə bilərlər.

Qeyd olunan tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə müraciət etdikləri bölgəni yazaraq, hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək, müsahibəyə dəvət olunacaqlar.

Related posts

Aqrar sektorda çalışanlara 54 milyon manatdan çox – GÜZƏŞTLİ KREDİT VERİLİB

Səma Fərzəli

İstixana şəraitində pepino mozaika virusuna qarşı mübarizə üsulları

Əli Fərzəliyev

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Əli Fərzəliyev