Image default

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyinat olub.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, nazir Məcnun Məmmədov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, yeni sədr Sərdar Hacıyevdir.

O, bundan əvvəl “PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Mirzə Əliyevi əvəz edib.

Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Related posts

Kənd Təsərrüfatı Nazirliyi Goranboyda vətəndaş qəbulu keçirəcək

Səma Fərzəli

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Səma Fərzəli

Prezident Lənkəranda “Lenk Fruit” MMC-nin sitrus bağında olub.

Əli Fərzəliyev