Image default

Mil – Qarabağ və Aşağı Şirvan ərazilərində kollektorlar təmizlənir

Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər plana uyğun olaraq davam edir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Bu işləri Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi həyata keçirir. Kollektorlar üzərində olan su ötürücü borular isə dəmir-beton borularla əvəzlənir. Hazırda bu işlər Aşağı Şirvan kollektorunda aparılır. Əraziyə cəlb olunan texnikalar və idarənin mütəxəssizləri tərəfindən borular dəyişdirilir.

Azfood.az xəbər verir ki, bu barədə Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər plana uyğun olaraq davam edir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Bu işləri Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi həyata keçirir. Kollektorlar üzərində olan su ötürücü borular isə dəmir-beton borularla əvəzlənir. Hazırda bu işlər Aşağı Şirvan kollektorunda aparılır. Əraziyə cəlb olunan texnikalar və idarənin mütəxəssizləri tərəfindən borular dəyişdirilir.(fins.az)

Related posts

Fermerlərə 109 milyon manatdan çox subsidiya ödənilib

Səma Fərzəli

Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək – ÜNVANLAR

Əli Fərzəliyev

Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır – MAAŞ 1500-1700 MANAT – VAKANSİYA

Səma Fərzəli