Image default

Lənkəranda fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Daxil olan vətandaş şikayəti əsasında Lənkəran rayonu, Girdəni kəndində fəaliyyət göstərən İbrahimov Əkbər Muxtar oğluna məxsus toyuq kəsimi müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, istehsal olunan məhsulların baytarlıq arayışlarının mövcud olmadığı, markalanması aparılmadan toyuq ətinin satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, normativ sənədin tələblərinə cavab verməyən ümumi çəkisi 72 kq olan 70 ədəd toyuq əti məhsulunun satışının qarşısı alınıb və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Related posts

Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub

Əli Fərzəliyev

Bakıda Türk Dövlətləri Təşkilatının kənd təsərrüfatı üzrə İşçi Qrupunun III iclası keçirilib

Səma Fərzəli

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub