Image default

Lənkəranda fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində ciddi nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Daxil olan vətandaş şikayəti əsasında Lənkəran rayonu, Girdəni kəndində fəaliyyət göstərən İbrahimov Əkbər Muxtar oğluna məxsus toyuq kəsimi müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, istehsal olunan məhsulların baytarlıq arayışlarının mövcud olmadığı, markalanması aparılmadan toyuq ətinin satışa çıxarıldığı müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, normativ sənədin tələblərinə cavab verməyən ümumi çəkisi 72 kq olan 70 ədəd toyuq əti məhsulunun satışının qarşısı alınıb və müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Related posts

Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşları – QƏBUL EDƏCƏK

Səma Fərzəli

İşğaldan azad edilmiş ərazilərdə minlərlə torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib

Əli Fərzəliyev

ABŞ-da qarğıdalı istehsalı proqnozu 2,7 milyon ton artırılıb

Əli Fərzəliyev