Aqrar İnnovasiya və Təchizat Şirkəti
Marketinq üzrə aparıcı mütəxəssis
Namizədə olan tələblər:
- Ali təhsil (marketinq, menecment, jurnalistika və ya iqtisadiyyat yönümlü təhsil);
- Marketinq sahəsində 3 ildən az olmayan təcrübəsi olmalıdır;
- Marketinqin nəzəri əsaslarını yaxşı səviyyədə bilməlidir;
- Mətbəə işləri, media buying, KİV ilə işlər üzrə bilik və təcrübəsi olmalıdır;
- Azərbaycan və Rus dili biliyi yüksək səviyyədə olmalı (ingilis dili biliyi üstünlükdür);
- Bölgələrə ezamiyyətlərə hazır olmalı.
Vəzifə öhdəlikləri:
- KİV ilə əlaqələri təşkil edəcək və sifarişlərin səmərəli icrasını təmin edəcək;
- POS və promo materialların hazırlanması üzrə sifarişlərin icrasını koordinasiya edəcək;
- Tədbirlərin təşkili və sərgilərdə şirkətin iştirakının təmin edilməsi ilə bağlı məsul olacaq;
- Satış nöqtələrinin brendləşmə və merçendayzinq məsələləri üzrə cavabdeh olacaq. Marketin şöbəsinin fəaliyyəti ilə bağlı digər işlərdə iştirak edəcək.
İş şərtlərimiz:
- Əmək haqqı: 1500-1700 AZN
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş saatları: 08:30-17:30.
- Ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Marketinq üzrə aparıcı mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.