Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Ağcabədi Suvarma Sistemləri İdarəsi rayon ərazisində ümumilikdə 63000 ha əkin sahəsinə xidmət edir.
Azfood.az xəbər verir ki, Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2261 km suvarma kanalı, 2549 km kollektor drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 54 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd səyyar nasoslar, 2 ədəd üzən nasos, 3 ədəd inzibati və 16 ədəd yaşayış binasının istismarı və təmiri ilə məşqul olmaqla balansda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir. Su itkisinin qarşısının alınması və fermerlərə çatdırılmasını asanlaşdırmaq üçün torpaq məcralı kanallar beton üzlüyə alınır, və lildən təmizləmə işləri davam edir. Hazırda rayon ərazisində 9 km məsafədə kanal beton üzlüyə alınır.
Cari ildə idarə tərəfindən 11493 ha pambıq sahəsi səpsuvar və 3-cü suvarma suyu ilə təmin olunub, əkilmiş payızlıq 25 min hektara yaxın taxıl sahəsinin suvarılması aparılaraq biçilib. Bundan başqa digər kənd təsərrüfatı bitkilərinin də suvarılması normalara uyğun olaraq həyata keçirilib. Fermerlər bu il əvvəlki illərdən fərqli olaraq daha bol məhsul əldə edəcəklərini bildirirlər. Hazırda pambıq sahələrində bu müşahidə etmək mükündür.
2023-cü ilin 9 ayı ərzində su təsərrüfatı obyektlərinin təmiri, genişləndirilməsi və bərpası planı aşağıdakı kimi yerinə yetirilib. Suvarma kanallarının lildən təmizlənməsi 229 km, öz gücü ilə 811 min.m3, kollektor drenaj şəbəkələrinin lildən təmizlənməsi 155 km, öz gücü ilə 705 min.m3 təşkil edib. Bundan başqa cari ildə idarənin balansında olan nasos stansiyalarda cari təmir işləri də aparılıb. 398 ədəd subartezian quyuları da cari təmir olunub. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən rayon ərazisində 29 ədəd yeni subartezian quyusunun qazılması işləri davam edir.
Qeyd edək ki, Ağcabədi rayonunda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır.(FED.az)