Image default

Aqrar sektorda çalışanlara 54 milyon manatdan çox – GÜZƏŞTLİ KREDİT VERİLİB

Bu ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi(AKİA) tərəfindən 5056 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib.

Azfood.az xəbər verir ki,  Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk səkkiz ayında aqrar sektorda fəaliyyət göstərən 2662 fiziki və hüquqi şəxsə 54,18 milyon manat məbləğində güzəştli kredit verilib. 2022-ci ilin yanvar-avqust aylarına nisbətdə güzəştli kredit alanların sayı 8,8 faiz (215 nəfər), kredit məbləği isə 32,8 faiz (13,38 milyon manat) artıb.

Hesabat dövründə verilən kreditlərin 40,89 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 350 min manatı güzəştli kreditlər, 12,95 milyon manatı isə mikrokreditlərdir.(FED.az)

Related posts

Naxçıvanda 1700-dən çox fermerə yazlıq əkin üçün – SUBSİDİYA VERİLİB

Səma Fərzəli

ABŞ-da qarğıdalı istehsalı proqnozu 2,7 milyon ton artırılıb

Əli Fərzəliyev

2023-2024-cü əkin ili üzrə payızlıq əkinlərin – BƏYANINA BAŞLANILIB

Səma Fərzəli