Image default

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

14 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Qax, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
Hüseynov Hacı Məmməd oğlu Nəsimi rayonu, D.Əliyeva küçəsi 243 İnzibati protokol tərtib edilib
Camalov İsrail Yusib oğlu Nəsimi rayonu, 20 Yanvar küçəsi 40 İnzibati protokol tərtib edilib
Şamaxı rayonu üzrə
Həsənov Bəybala Mərcan oğlu Həmyəli kəndi İnzibati protokol tərtib edilib
Qax rayonu üzrə
Qədirli Mahmud Nadir oğlu Qax şəhəri, İ.Dağıstanlı küçəsi İnzibati protokol tərtib edilib
Lənkəran rayonu üzrə
Şükürov Şahin İnşallah oğlu M.Füzuli küçəsi İnzibati protokol tərtib edilib

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Related posts

Bakıda pestisidlərdən istifadənin idarə edilməsinə dair regional seminar işə başlayıb

Səma Fərzəli

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Əli Fərzəliyev

Hər gün nanəli çay içməyə 5 səbəb – SABAHDAN BAŞLA

Əli Fərzəliyev