Image default

Taxıl biçininin təşkili ilə bağlı müsabiqənin qalibləri mükafatlandırılıb

Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə birlikdə taxıl biçini dövründə elan etdiyi müsabiqəyə yekun vurulub.

Azfood.az xəbər verir ki, müsabiqənin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən “Aqroservis” ASC İdarə Heyəti sədrinin müavini İlyas Həsənov  və Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov müsabiqənin məqsədi barədə məlumat veriblər. Qeyd olunub ki, məqsəd əmək fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsi, peşəkar əmək fəaliyyətində özünü doğruldan mütəxəssislərin üzə çıxarılması və ruhlandırılmasından ibarətdir.

Seçim zamanı yüksək peşə hazırlığı, əmək intizamı və biçin dövründə əldə edilmiş nəticələr nəzərə alınıb. Tədbirin sonunda taxıl biçininin təşkili prosesinə həsr edilmiş müsabiqənin qalibləri elan edilib. Aləm Orucov “Ən yaxşı mütəxəssis”, Təhmasib Kazımov “Ən yaxşı mexanizator”, Famil Ələkbərov “Ən yaxşı mühəndis”, İzrat İzratov “Ən yaxşı bölmə rəhbəri” nominasiyası üzrə qalib elan ediliblər.

Qaliblər Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom və mükafatlar ilə təltif olunublar.(fins.az)

Related posts

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Səma Fərzəli

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Goranboyda vətəndaşları qəbul edib

Səma Fərzəli

Tərtərdə 1099 hektar sahədə təkrar əkin aparılıb

Səma Fərzəli