Image default

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

13 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Göyçay, Şəki rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
İmanov Elçin Mədət oğlu Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26 İnzibati protokol tərtib edilib
Yarıyev Nihad Abasqulu oğlu Nərimanov rayonu, Ə.Əliyev küçəsi 40A İnzibati protokol tərtib edilib
İsmayılov Fərhad Söhrab oğlu Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 125B İnzibati protokol tərtib edilib
Familli Nurlan Vüqar oğlu Nərimanov rayonu, Y.V.Çəmənzəmənli küçəsi 123 İnzibati protokol tərtib edilib
Əhmədov Sənan Tariel oğlu Nərimanov rayonu, F.Yusifov və F.X.Xoyski küçələrinin kəsişməsi İnzibati protokol tərtib edilib
Hüseynov Elbrus Şahlar oğlu Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi İnzibati protokol tərtib edilib
İsmayılov Mirzə Mənsim oğlu Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi İnzibati protokol tərtib edilib
Göyçay rayonu üzrə
Verdiyev Bəhruz Məhəmməd oğlu N.Gəncəvi küçəsi İnzibati protokol tərtib edilib
Mustafayev Əli Novruz oğlu H.Əliyev prospekti İnzibati protokol tərtib edilib
Əhmədov Asif Soltan oğlu Ə.Kərimli küçəsi İnzibati protokol tərtib edilib
Hüseynov Rövşən Ağaqulu oğlu Ə.Kərimli küçəsi 32 İnzibati protokol tərtib edilib
Şəki rayonu üzrə
Məmmədov Ələfsər Ələsgər oğlu Şəki şəhəri, S.Rəhman küçəsi İnzibati protokol tərtib edilib
Baqıyev Eldar Ovçu oğlu Şəki şəhəri, S.Rəhman küçəsi İnzibati protokol tərtib edilib
Salahov Pərviz Əlövsət oğlu Şəki şəhəri, S.Rəhman küçəsi İnzibati protokol tərtib edilib

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Related posts

Alimlər yumurtanın bu faydasını sübut ediblər

Səma Fərzəli

Qida məhsullarının çatdırılması zamanı qablaşdırma və etiketləmə tələbləri

Səma Fərzəli

Şəkər qəbulunun azaldılmasının orqanizm üçün hansı faydaları var?

Səma Fərzəli