Image default

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmli Hacıqabulda vətəndaşları qəbul edəcək

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini icra edən Cəfər Məhərrəmli sentyabrın 19-də, saat 10:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

 

Related posts

Azərbaycan nümayəndə heyəti Türkiyədə beynəlxalq tədbirdə iştirak edir

Səma Fərzəli

Nazir Məcnun Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək

Səma Fərzəli

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub