Image default

18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

8-11 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 2 aptek və 13 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 7, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Aşkar olunan nöqsanlar
Ticarət obyekləri
“Star” şərab evi Şamaxı rayonu, Çuxuryurd kəndi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Ağayev Rahim Məhəmməd oğluna məxsus market Biləsuvar rayonu, Biləsuvar şəhəri, N.Gəncəvi küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“Qələbə” market Biləsuvar rayonu, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 165 Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Sərdarlı Sərvər Rüstəm oğluna məxsus market Xaçmaz rayonu, Xaçmaz şəhəri, Bakı prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

“Limon” market Lənkəran rayonu, Nizami küçəsi Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
“Yağmur” market Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 63 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
İctimai iaşə müəssisələri
“Həkəri” restoranı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
“Çinar” restoranı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq
“Gözəl Məkan” restoranı Şamaxı rayonu, Pirqulu kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
Məmmədov Əliəvəz Ağacan oğluna məxsus yeməkxana Şamaxı rayonu, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“Nağıl Dünyası” istirahət mərkəzində restoran Masallı rayonu, Qəriblər kəndi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“Dörd Qardaş” kafesi Masallı rayonu, Musaküçə kəndi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
“Qafqaz” restoranı Şəki rayonu, Şəki şəhəri, 20 Yanvar küçəsi 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
“Badəm” restoranı Şəki rayonu, Şəki şəhəri, M.F.Axundov prospekti 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
“Dastan” restoranı Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
“Görüş” kafesi Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
“Cökələr” kafesi Şəki rayonu, Şəki şəhəri, Oğuz şosesi Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
“MTS” kafesi Şəki rayonu, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

Related posts

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Əli Fərzəliyev

Çiyələyin faydaları

Əli Fərzəliyev

Dəfnə yarpağının faydaları

Səma Fərzəli