Image default

Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Sentyabrın 15-də kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Sabirabadda vətəndaşları qəbul edəcək.

Azfood.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

 

Qəbul saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-54, 050-515-98-41) zəng etməklə qeydiyyatdan keçə bilərlər.(fins.az)

Related posts

Aqrar sektorda çalışanlara 54 milyon manatdan çox – GÜZƏŞTLİ KREDİT VERİLİB

Səma Fərzəli

Azərbaycanın ən böyük zəfəran istehsalçısı əkin sahələrini genişləndirəcək

Əli Fərzəliyev

Sabirabadda toxum sərgi-satış yarmarkası keçirilib

Əli Fərzəliyev