Image default

İstehlaka yararsız süd məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

“Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 28.9 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Related posts

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmli Hacıqabulda vətəndaşları qəbul edəcək

Səma Fərzəli

Azərbaycanın nar ixracındakı əsas problemlər – AÇIQLANIB

Səma Fərzəli

Mordoviyadan gələn bitki yağlarına xaricdə tələbat var

Səma Fərzəli