Image default

AQTA sədri FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş ölkəmizdəki nümayəndəsi Muhammad Nasar Hayat ilə görüşüb.

Görüşdə Q.Təhməzli Muhammad Nasar Hayatı FAO-nun Azərbaycandakı nümayəndəsi təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. AQTA sədri daha sonra ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Eyni zamanda Q.Təhməzli 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn məsələlərlə bağlı zəruri məlumatları diqqətə çatdırıb.

FAO-nun Azərbaycandakı yeni təyin olunmuş nümayəndəsi Muhammad Nasar Hayat qida təhlükəsizliyi sahəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə AQTA arasında əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qonaq əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüş zamanı FAO ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, “Dayanıqlı və yüksək səviyyədə təşkil olunmuş Milli Kodeks Sisteminin yaradılması üçün Azərbaycan Respublikasına dəstək”, “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarəedilməsi və Davamlı Üzvi Çirkləndiricilərə (DÜÇ) aid edilən pestisidlərin zərərsizləşdirilməsi”, FAO-Türkiyə Əməkdaşlıq Proqramı çərçivəsində “Milli qida təhlükəsizliyi sistemlərinin təkmilləşdirilməsi və regional əməkdaşlıq” layihələri ilə bağlı müvafiq işlər görülür. Həmçinin Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad statusunun alınması və dabaq xəstəliyinə görə peyvəndləmə tətbiq edilməklə, azad zonanın yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Görüşdə yeni əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılıb, müvafiq məsələlər nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 

 

Related posts

Prezident Lənkəranda “Lenk Fruit” MMC-nin sitrus bağında olub.

Əli Fərzəliyev

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Hacıqabulda vətəndaşları qəbul edəcək

Səma Fərzəli

AQTİ-dən “Avaz Group”a 2,7 milyon manatlıq sifariş – TENDER NƏTİCƏSİ

Səma Fərzəli