Image default

Ağstafada meliorativ tədbirlər davam edir

Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi hazırda ölkənin müxtəlif istiqamətlərində meliorativ tədbirlərini davam etdirir.  İdarənin gördüyü işlərdən biri də Ağstafa rayonu ərazisindədir.

Azfood.az xəbər verir ki, ASC-dən verilən məlumata görə, rayonun Qıraqkəsəmən kəndində, Kür çayı üzərində quraşdırılmış nasos stansiyada abadlıq işlərinin görülməsinə idarənin əməkdaşları və texnikası cəlb olunub. Abadlıq işləri üçün mal-material alınıb və hazırda materialların daşınması və eynilə istinad divarının suvanması və boyanması sürətlə davam edir. Nasos Stansiya vasitəsilə əvvəllər suvarılmasında çətinlik olan 250 hektar əkin sahəsi asanlıqla suvarılacaq.

 

Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi Ağstafa rayonunda iki müxtəlif istiqamətdə, paralel olaraq Qazax rayonunda da meliorativ tədbirlərini davam etdirir.(fins.az)

Related posts

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Goranboyda vətəndaşları qəbul edib

Səma Fərzəli

AQTA sədri FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

Səma Fərzəli

“Aqroservis” – SIĞORTAÇI SEÇİR

Səma Fərzəli