Image default

Şaftalının faydaları

Şaftalı Şərqdə cavanlığın və uzunömürlülüyün rəmzi sayılır.

Azfood.az saglamolun.az-a istinadən xəbər verir ki, diyetoloqlar şaftalı və şaftalı şirəsini uşaqlar və hamilə qadınların qidalanmasına daxil etməyi tövsiyə edirlər.

Şaftalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır.

Həmçinin “tüklü meyvə” iştahanı artırır və həzmi yaxşılaşdırır.

Kalium və maqneziumla zəngin olan şaftalı ürək əzələsinin sağlamlığını qoruyur, ürəyin ritmini tənzimləyir. Ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 1 stəkan şaftalı şirəsini içməlidir. Bu çox yaxşı müalicəvi və həmçinin profilaktik vasitədir.

Şaftalı yüngül sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini təmizləyir.

Şaftalı əqli fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalıdır – beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı yaxşılaşdırır.

Şirin ətirli meyvə insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, stressi azaldır. Şaftalı yağının iyi baş ağrıları zamanı çox yaxşı kömək edir.

Şaftalı və şaftalı yağı kosmetologiyada çox geniş istifadə olunur. Şaftalı dərini cavanlaşdırır, daha elastik və dartılmış edir.

Related posts

Hər gün nanəli çay içməyə 5 səbəb – SABAHDAN BAŞLA

Əli Fərzəliyev

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Səma Fərzəli

AQTA sədri FAO-nun Azərbaycandakı yeni nümayəndəsi ilə görüşüb

Səma Fərzəli