Image default

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

6 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Gədəbəy rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 7 inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa olunan qurğular sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
Qarayev Əli

İsbəndiyar oğlu

Xətai rayonu, M.Sadıqcan

küçəsi 15

İnzibati protokol tərtib edilib
Həsənov Bəxtiyar Əlizaman oğlu Xətai rayonu, Gəncə

prospekti 148B

İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğular sökülüb
Süleymanov Fərəc Bayram oğlu Xətai rayonu, Gəncə prospekti 82 İnzibati protokol tərtib edilib
Əhmədov Bəhruz Əbülfət oğlu Xətai rayonu, Gəncə prospekti 67 İnzibati protokol tərtib edilib
Süleymanov Vüsal Süleyman oğlu Xətai rayonu, P.Həşimov

küçəsi 13

İnzibati protokol tərtib edilib və yenidən bərpa olunan qurğular sökülüb
İbayev Elnur

İsmayıl oğlu

Xətai rayonu, N.Tusi küçəsi 28 İnzibati protokol tərtib edilib
Gədəbəy rayonu üzrə
Əliyev Anar

Elşən oğlu

Gədəbəy şəhəri, S.Vurğun küçəsi İnzibati protokol tərtib edilib

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

 

Related posts

Çipslər zərərli deyil, amma…

Əli Fərzəliyev

Nar bitkisinin əsas xəstəlikləri və mübarizə yolları

Səma Fərzəli

Əli Fərzəliyev