Image default

Azərbaycan nümayəndə heyəti Türkiyədə beynəlxalq tədbirdə iştirak edir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyənin İstanbul şəhərində 14-cü beynəlxalq LANDNET tədbiri keçirilir.

Azfood.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin əməkdaşı Teyyub Məmmədli, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev, Nazirliyin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev və Hüquq və icra intizamı şöbəsinin əməkdaşı Mahmud Abdullayev təmsil edir.

14-cü beynəlxalq LANDNET tədbirində torpaqların konsolidasiyası çərçivəsində müxtəlif ölkələrin tətbiq etdikləri islahatlarla bağlı təqdimatlar keçirilib. Tədbirdə çıxış edən mütəxəssislər torpaqların konsolidasiya edilməsi, kənd təsərrüfatı infrastrukturunun qurulması və torpaq bazarının inkişaf etdirilməsində torpaq bankçılğının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, torpaq bankçlığı müxtəlif səbəblərdən tərk edilmiş və ya uzun müddət istifadə edilməyən torpaqların təsərrüfat dövriyyəsinə qaytarılmasında müstəsna rola malikdir.

Tədbirdə FAO-nun Azərbaycan, Türkiyə və Özbəkistan Respublikalarının ortaq regional layihəsi – “Torpaqların tərk olunması probleminin həlli və torpaqların konsolidasiyası prosedurlarının təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatı torpaqları bazarının inkişaf etdirilməsi”  layihəsi çərçivəsində görüləcək işlər də müzakirə olunub. Tədbirin çərçivəsində Türkiyənin  Bursa şəhəri ərazisində torpaqların konsolidasiyası layihəsinin tətbiq edildiyi sahəyə səfər təşkil olunub. Məqsəd sahə səfəri zamanı iştirakçılara torpaqların konsolidasiyasının kənd təsərrüfatının və kənd yerlərinin inkişafına göstərdiyi təsirlərlə əyani tanış olmaqdır.(fins.az)

Related posts

2023-2024-cü əkin ili üzrə payızlıq əkinlərin – BƏYANINA BAŞLANILIB

Səma Fərzəli

Assosiasiyanın sədri: “Taxıl toxumuna tələbatın 70%-ini yerli istehsal ödəyir”

Səma Fərzəli

Bu il 668,3 min ton buğda idxal edilib

Səma Fərzəli