Image default

Çatdırılma zamanı qida məhsullarına müdaxilənin qarşısını necə almaq olar?

Azfood.az saytı AQTA-dan aldığı məlumata görə xəbər verir ki, çatdırılma zamanı qida məhsullarına hər hansı kənar müdaxilənin qarşısının alınması qablaşdırmanın dizaynı və müdaxiləni aşkar etməyə imkan verən vasitələrlə həyata keçirilir.

Belə ki, xarici ölkələrin təcrübəsinə əsasən, sifarişi alan qida müəssisələri daşınma və çatdırılma xidməti vasitəsilə istehlakçılara çatdırılan qidaları istənilən açılma cəhdini üzə çıxarmağa imkan verən formada qablaşdırmalıdır. Qida müəssisələri çatdırılma zamanı qidaya müdaxilənin qarşısını almaq, eləcə də qida təhlükəsizliyini və məhsulun bütövlüyünü qorumaq üçün yırtılmış zolaqlar kimi ilkin qablaşdırmadan və müdaxiləni aşkarlamağa imkan verən stikerlərdən yararlanmaqla, paket və ya qutu kimi ikinci dərəcəli qablaşdırmadan istifadə edə bilər.

Çatdırılmanı həyata keçirən şəxslər istehlakçılara çatdırılana qədər qida məhsullarını ikinci və ya üçüncü qablaşdırmadan çıxarmamalıdırlar.

Related posts

İmmunitet üçün payız Siyahısı- Nələr edək?

Səma Fərzəli

Şirin yalan, yoxsa acı həqiqət?

Səma Fərzəli

Qida subyektlərinin səyyar qeydiyyatına start verilib

Əli Fərzəliyev