Image default

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

4 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Sahibkarlıq subyekti Ünvan Görülən tədbir
Bakı şəhəri üzrə
Abdullayev Bəhruz

Adil oğlu

Yasamal rayonu, M.Xiyabani küçəsi 33 İnzibati protokol tərtib edilib
Heydərov Şahin

Baba oğlu

Yasamal rayonu, M.Xiyabani küçəsi 32 İnzibati protokol tərtib edilib
Səfərov Sənan

Abdulla oğlu

Yasamal rayonu, M.Xiyabani küçəsi 27 İnzibati protokol tərtib edilib
Məmmədov Mirzə Süleyman oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi 95 İnzibati protokol tərtib edilib
Tağdıqlı Elməddin Safadur oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi 89 İnzibati protokol tərtib edilib
İsayev Ramin

Ələkbər oğlu

Binəqədi rayonu, Binəqədi qəsəbəsi İnzibati protokol tərtib edilib
Təhməzov Fazil Eybulla oğlu Binəqədi rayonu, Binəqədi qəsəbəsi İnzibati protokol tərtib edilib
Kərimov Eytibar İsmayıl oğlu Binəqədi rayonu, Binəqədi  mərkəzi İnzibati protokol tərtib edilib
Rzayev Etimad

Teyfur oğlu

Binəqədi rayonu, Binəqədi  mərkəzi İnzibati protokol tərtib edilib
Rəncbərli Tural

Şirxan oğlu

Binəqədi rayonu, Binəqədi kəndi, Gülüstan küçəsi 10 İnzibati protokol tərtib edilib

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.

Related posts

Almanın faydaları

Səma Fərzəli

Kənd təsərrüfatı nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edəcək

Səma Fərzəli

Aqrar Sığorta Fondunda mina təhlükəsinə dair təlim keçirilib – FOTOLAR

Səma Fərzəli