Image default

KOBİA daşıma və kuryer xidməti göstərən sahibkarlarla görüşüb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daşıma və kuryer xidməti göstərən sahibkarlarla bu sahədə çətinlikləri, onların həlli üçün KOBİA-nın dəstəyini müzakirə edib.

Azfood.az fed.az-a istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O. Məmmədovun sözlərinə görə, görüşdə həmçinin müvafiq fəaliyyətlərin vahid platforma üzərindən təşkili, biznesin inkişafı üçün ehtiyacların ətrafında fikir mübadiləsi aparılıb.

Related posts

Moldova süni intellektin yaratdığı şərabı – TƏQDİM EDİB

Səma Fərzəli

Azərbaycanda məhsul istehsalını genişləndirmək üçün 5 əsas tədbir açıqlanıb

Səma Fərzəli