Image default

Tərtərdə 1099 hektar sahədə təkrar əkin aparılıb

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Fins.az saytı xəbər verir ki, Rayon Statistika İdarəsindən bildirilib ki, tərtərli fermerlər biçilmiş taxıl sahələrinin 5203 hektarında yay şumu qaldırıb, 1098,8 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 68,3 hektarı dən üçün qarğıdalı, 445,9 hektarı yem üçün qarğıdalı, 327,2 hektarı dən üçün günəbaxan, 133,3 hektarı yem üçün sorqo, 4 hektarı şəkər çuğunduru, 2,5 hektarı dən üçün darı, 64,7 hektar yem üçün darı, 4 hektar dən üçün lobya, 3,4 hektarı kartof, 45,5 hektarı müxtəlif növ tərəvəz bitkiləridir.

 

Hazırda rayonda təkrar əkinlər davam edir.

Related posts

Kənd təsərrüfatı məhsullarının istehsalı 10 mlrd. manata çatıb

Əli Fərzəliyev

Bu il 668,3 min ton buğda idxal edilib

Səma Fərzəli

Prezident Lənkəranda “Lenk Fruit” MMC-nin sitrus bağında olub.

Əli Fərzəliyev