Image default

Lənkəranda tarla seminarı keçirilib

Lənkəran rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi (KTN) və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə “Çəltiyin seleksiyası və toxumçuluğunun təşkili” mövzusunda tarla seminarı keçirilib.

Azfood.az fins.az-a istiadən xəbər verir ki, tədbirdə ölkəmizdə çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi baxımından çəltikçilik sahəsində mövcud çətinliklərin aradan qaldırılması, çəltik bitkisinin əkin sahələrinin artırılması, məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsi, ixrac yönümlü, rəqabət qabiliyyətli məhsul istehsalı, idxaldan asılılığın aradan qaldırılması və digər məsələlərə toxunulub.

Nazirliyin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov “Çəltikçiliyin Ərzaq Təhlükəsizliyinin təmin edilməsində əhəmiyyəti”, ƏETİ-nin direktoru Faiq Xudayev “Çəltikçilik üzrə Dövlət Proqramının icra vəziyyəti”, Lənkəran Dayaq Məntəqəsinin müdiri Təyyub Rzayev “Çəltiyin becərmə texnologiyası”, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev “Yeni sortların yaradılması və toxumçuluğun təşkili” mövzularında təqdimatla çıxış ediblər.

Respublikada çəltiyin seleksiya işlərinin aparılması, toxumçuluğunun təşkili, super elit və elit toxum istehsalı fermerlər tərəfindən müsbət qiymətləndirilib. Çəltikçilik sahəsində sertifikatlı toxum istehsalının həyata keçirilməsi sahəsində görüləcək işlər müzakirə olunub.

Tədbirdə iştirak edən mütəxəssis və fermerlər çəltik əkin sahələrinə baxış keçiriblər. Fermer və sahibkarlarla danışıqlar və müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.

Tarla seminarında KTN-in, AXA-nın, Dövlət Toxum Fondunun, bölgə DAİM-lərinin nümayəndələri, çəltikçiliklə məşğul olan mütəxəssislər və bölgə fermerləri iştirak ediblər.

Tədbirin məqsədi Dövlət Proqramından irəli gələn məsələlərin həlli istiqamətində qarşıda duran vəzifələrin və tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Related posts

Aqrar sektorda çalışanlara 54 milyon manatdan çox – GÜZƏŞTLİ KREDİT VERİLİB

Səma Fərzəli

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmli Hacıqabulda vətəndaşları qəbul edəcək

Səma Fərzəli

Biləsuvarda günəbaxan sahələri kəskin azalıb

Səma Fərzəli