Image default

Kənd Təsərrüfatı Nazirliyi Goranboyda vətəndaş qəbulu keçirəcək

Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov Goranboyda vətəndaşları qəbul edəcək

Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Azfood.az fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov sentyabrın 11-də, saat 10:00-da Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-212-28-25) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Related posts

Fermerlərə 109 milyon manatdan çox subsidiya ödənilib

Səma Fərzəli

Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində Yol Xəritəsi” imzalanıb

Səma Fərzəli

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Hacıqabulda vətəndaşları qəbul edəcək

Səma Fərzəli