AqrarKənd təsərrüfatı

Azərbaycanda kartof yığımı azalıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 664 min 921.7 ton kartof yığılıb.

Azfood.az fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8% və ya 12 min ton azdır. 2022-ci ilin yanvar-iyul aylarında 34 min 762 hektar sahədən 676 min 984 ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox kartof Cəlilabad (161500 ton), Şəmkir (143750 ton) və Tovuz (136055 ton) rayonlarından yığılıb.

Oxşar xəbərlər

Azərbaycanda sudan istifadə ilə bağlı yeni Sərəncam imzalandı

Orxan Ali

Azərbaycanda kərə yağı niyə bahadır?

Orxan Ali

Azərbaycanda aqrar sektor cüzi böyüyüb

Orxan Ali