Qida təhlükəsizliyi

Bu qidaları soyuducuya qoymaq səhvdir

Bir çox insan məhsulların daha uzun müddət təzə qalması üçün onları soyuducuda saxlayır. Lakin mütəxəssislər bildirirlər ki, bəzi qidalar üçün aşağı temperatur əksinə onların dadına və keyfiyyətinə mənfi təsir göstərə bilər.

AzFood BBC Good Food saytına istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis Kerolin Heynsin sözlərinə görə, pomidor soyuducuda saxlanıldıqda onun təbii aroması zəifləyir və quruluşu dəyişə bilər. Buna görə də pomidorun otaq temperaturunda saxlanılması tövsiyə edilir.

Mütəxəssis qeyd edir ki, kartof da soyuducu üçün uyğun məhsullardan deyil. Aşağı temperatur kartofdakı nişastanın şəkərə çevrilməsini sürətləndirə bilər ki, bu da onun dadına və bişirilmə xüsusiyyətlərinə təsir edir.

Bundan əlavə, soğan və sarımsağın da sərin, lakin quru və havalanan yerdə saxlanılması daha məqsədəuyğundur. Mütəxəssislərin fikrincə, qidaların düzgün saxlanması onların dadının və qida dəyərinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Oxşar xəbərlər