Dövlət müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin 2026-cı ilin ilk ayında ixracı bir qədər də düşərkən, onun rəqibində artım var.
Banker.az xəbər verir ki, “Azərpambıq” yanvarda 2,7 mln. dollarlıq pambıq məhsulları sata bilib.
Bu da illik müqayisədə 36 faiz aşağıdır.
Keçən ilin yanvarında ümumilikdə 4,2 mln. dollarlıq satış edə bilmişdi.
Qeyd edək ki, “Azərpambıq” 2025-cü ildə ümumilikdə 38,9 mln. dollarlıq pambıq satmaqla 2024-cü ildəki 56,1 mln. dollardan aşağı idi.
“Azərpambıq”ın ixracda əsas rəqibi hesab edilən “Prime Cotton” MMC üçün isə işlər yaxşı gedir. Şirkətin ixrac həcmi yanvarda 9.2 mln. dollar olmaqla illik 84 faiz artmış olub. Ötən il 5 mln. dollarlıq cəmi ixrac vardı.
Daxildəki istehsal məsələsinə gəldikdə isə, ilk aydan görünür ki, pambıq istehsalında artım var. Zavodlar ilk ayda 17,25 min tonluq pambıq istehsal edilib. Bu illik 11,4 faiz artımdır.
“Azərpambıq” azalmanın səbəbi ilə bağlı şərh verməyib.

