Image default

Heç vaxt adını eşitmədiyiniz 5 qeyri-adi meyvə

Meyvələrdən əhali, adətən, qida məhsulu kimi istifadə edir, mürəbbə, qatı şirələr (doşab və ya bəhməz), konserv hazırlayır. Meyvələrin əksəriyyətindən çox qədim vaxtdan xalq arasında müxtəlif xəstəliklərin müalicəsi üçün də istifadə olunub. Elm sübut edib ki, təzə meyvələr vitaminlərin ən zəngin mənbəyidir. Onlar qida ilə bir yerdə qəbul edildikdə avitaminozun (vitamin çatışmamazlığının nəticəsində baş verən xəstəliklərin) qarşısını alır.

Elə meyvələr də var ki, bizə yaddır, onları tanımırıq. Heç vaxt adını eşitmədiyiniz 5 fərqli meyvə:

  • Mangostan

Manqostan öz ölçüsünə görə tennis topundan nisbətən kiçikdir. Tropik iqlimdə yetişən bu meyvənin bənövşəyi qabığı və yeyilə bilən ağ hissəsi var. Manqostanın məşhurlaşmasına səbəb Xango adlı təbii və sağlamlığa xeyirli içki olmuşdur.

 

  • Rambutan

Rambutan meyvəsi cənubi Asiyada tropik iqlimdə yetişən meyvələrdən biridir. Əsasən, İndonaziya, Malaziya və Taylandda yetişir. Öz aromatik qoxusuna görə həşəratlar, xüsusən də, arılar üçün olduqca cəzb edicidir. Həmişəyaşıl olan rambutan meyvəsindən cem və  jele hazırlamaq üçün istifadə edirlər.

  • Durian

Malaziya-İndoneziyada yetişən bu meyvənin adı “duri”sözündən, yəni sünbüldən gəlir. Cənubi Asiyada yaşayan insanların çoxu tərəfindən meyvələrin şahı adlandırılan bu meyvənin çəkisi 2-7 kq arası dəyişir. Olduqca dözülməz qoxuya malik olmasına baxmayaraq, şirin dada malikdir.

  • İlan meyvəsi

İlan meyvəsi ya da salak adlanan bu meyvə tropik ağaclarda saxlım şəklində yetişir. Dadı daha çox almanı andırır. Adətən təzə halda yeyilir və şirniyyatların hazırlanmasında istifadə olunur.Adətən meymunların sevimli qidası olan bu meyvənin tərkibinin 13.5%-ni spirt təşkil edir.

  • Guanabana

“Graviola” ya da guanabana olaraq da adlandırılan Darçın alması, başlıca olaraq Orta Amerikada, Amazon bölgəsində və Polineziyada yetişən bir meyvədir. Araşdırmalar nəticəsində sübut olunmuşdur ki, həcmcə iri olan guanabana meyvəsi sinə xərçəngi və ağciyər xərçəngi də daxil olmaqla bütün xərçəng növlərinə qarşı çox təsirlidir.

Guanabana Bakıda da satılır. Qiyməti 75-100 manat/kq arasında dəyişir.

 

Related posts

Azərbaycanın nar ixracındakı əsas problemlər – AÇIQLANIB

Səma Fərzəli

Şirin yalan, yoxsa acı həqiqət?

Səma Fərzəli

Sabahdan Bakıda arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayır

Əli Fərzəliyev