Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması mövzusunda onlayn görüş keçirilib. Onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Qadınları Assosiasiyasının sədri […]

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermerlərdən yazlıq əkin bəyanlarının qəbulu sona çatıb. İndiyədək Aqrar Kredit və İnkişaf Agentliyi bu fermerlərdən 45 min nəfərin yazlıq əkin bəyanı təsdiqləyib və onlardan 35 min nəfərinə subsidiya ödənişi edib. Ümumilikdə yazlıq əkinlər üzrə təsərrüfat sayına görə 59.4 min əkin bəyanı təsdiqlənib. 111 min […]

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində cəyirtkəkimilərə qarşı 6808 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. AzFood.az Publika.az-a istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, mübarizə tədbirləri əsasən Küdrü düzü ərazisində 2480 hektar, Ceyrançöl ərazisində 4048 […]

Yevlax rayonunda çiyid səpini davam edir. Yevlaxlı pambıqçılar bu günədək 2166,7 hektarda səpin həyata keçiriblər. AzFood.az xəbər verir ki, bu il rayon ərazilərində 2230,57 hektar sahədə “ağ qızıl” becərilməsi nəzərdə tutulub. Pambıq istehsalçı ilə 1680,57 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı “P-Aqro” MMC ilə olmaqla müqavilə bağlanıb. Bağlanan […]

Bildiyimiz kimi, kənd təsərrüfatına maliyyə dəstəyi çox mühüm məsələdir; bankların və digər kredit təşkilatlarının (bundan sonra maliyyə təşkilatları) kənd təsərrüfatına kredit verərkən qarşılaşdıqları çətinliklər və risklər isə fermerlərin maliyyə resurslarına çıxışına birbaşa təsir göstərən amillərdən biridir. Beləliklə, gəlin bu risklərə nəzər salaq, habelə onların aradan qaldırılması və ya idarə edilməsi […]

Kürdəmirdə rayon icra hakimiyyətinin başçısı inzibati ərazi dairə nümayəndələri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videokonfrans keçirib. AzFood.az xəbər verir ki, video konfransda çıxış edən icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham […]

Bərdə rayonu ərazisində ilk dəfə olaraq ölkəmizdə istehsal olunan tüksüz pambıq toxumu səpilib. Təcrübə məqsədilə səpilən toxumlardan ilk çıxış da alınıb. Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının (APİA) sədri İbrahim Məmmədov AzFood-a bildirib ki, indiyə kimi tüksüz toxumlar xarici ölkələrdən alınırdı. Ölkəmizdə ilk dəfə olaraq Ucar rayonundakı zavodda emal olunan tüksüz çiyidin […]

AzFood.az FED.az-a istinadən xəbər verir ki, baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezident İlham Əliyev Fərman imzaladı. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, heyvan sağlamlığı sahəsində xidmətlərin təkmilləşdirilməsi və ölkədə özəl baytarlıq xidməti müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidin təşkili məqsədilə qərara […]

Hacıqabulda üçüncü ildir ki, şəkər çuğunduru yetişdirilir. Rayonda bu bitkinin əkini ilə əsasən “Kürdəmir Süd Emalı” MMC və “Aqrodairy” MMC məşğul olur. AzFood.az xəbər verir ki, Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il 117 hektar sahədə şəkər çuğunduru əkilib və 6 min 520 ton məhsul yığılıb. Cari ilin […]

Azərbaycan 2020-ci ilin yanvar-mart aylarında 14,1 mln. ABŞ dolları dəyərində 17 947,1 ton xurma ixrac edib. AzFood.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 21,9% azdır. Qeyd edək ki, bu ilin hesabat dövründə xurma ixracının ümümi ixracda payı 0,3% təşkil edib ki, […]