Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq. Bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib. O vurğulayıb ki, vəziyyət daha da çətin olacaq: “Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir”. Bəs bu tip məlumatlar insan psixologiyasına necə təsir göstərir? Azfood […]

Aldığımız, yediyimiz və içdiyimiz məhsullar düşündüyümüz kimi olmaya bilər. Azfood Teref.Az-a istinadən xəbər verir ki, TMMOB Qida Mühəndisləri Palatasının İzmir şöbəsinin sədri Uğur Toprak bal istehsalında şəkərli suyun istifadəsindən tutmuş qatığın jelatinlə qarışdırılmasına qədər bir çox dəhşətli faktları açıqlayıb. Qida mühəndisi yeyinti sənayesində saxta qidaların hazırlanması məsələsinə diqqət çəkib. “Bəzi […]

Rusiyanın bir sıra bölgələrində su və qida nümunələrində koronavirusun aşkarlanmasına dair 46 fakt qeydə alınıb. Azfood “Qafqazinfo” və “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında “Rospotrebnadzor”un rəhbəri Anna Popova məlumat verib. Koronavirusun su və qida nümunələrində aşkarlanması ilə əlaqədar araşdırmalar 3 sentyabrda Rusiyanın bütün […]

Müştərilərdən biri “Senior Mansimo” mağazasından aldığı vaflinin xarab çıxdığını iddia edir. AzFood xəbər verir ki, müştəri bu barədə sosial şəbəkələrdə video paylaşıb. Bildirib ki, mağazalar şəbəkəsinin Zahid Xəlilov küçəsində yerləşən filialından məhsulu alıb. Lakin evdə istifadə üçün yararsız olduğunu görüb. Bu barədə şikayət edəndə isə bunun fabrik səhvi olduğunu bildiriblər. […]

Bakıda “Rahat” marketlər şəbəkəsinin mağazalarının birində siçan aşkarlanıb. AzFood xəbər verir ki, bu barədə müştərilərdən biri sosial şəbəkələrdə paylaşım edib. Müştəri idda edir ki, avqust ayının 29-da Binə qəsəbəsində yerləşən “Rahat” marketdə siçan gəzir. Nəzərə alsaq ki, qida məhsulları olan yerdə bu təhlükəli haldır, aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir. […]

“COVİD-19-un müalicəsində müəyyən səhvlərə yol verilir. Xüsusən də antibiotik seçimi zamanı çox həssas olmaq lazımdır”. Azfood Serg.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında həkim-pulmonoloq Eldar Zeynalov deyib. COVID-19 pandemiyasının pnevmoniyaları gündəmə gətirdiyini vurğulayan həkimin sözlərinə görə,  pandemiyadan sonra insanlar bu  xəstəlikdən qorxmağa başladılar. Halbuki, pnevmoniyanın növləri var və  yaranma […]

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə gətirilməsi qadağa edilmiş məhsulların yeni siyahısını açıqlayıb. FED.az xəbər verir ki, bu siyahı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında hazırlanıb. Agentlik bildirir ki, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsi qadağan edilib. Həmin […]