Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində vətəndaşların prosesə aktiv cəlb edilməsi, ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə agentlik tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir.